| Bizim ünvan: | Nərimanov, Təbriz 106A |
| Saat: | 10:00-22:00, Bazar ertəsi - Bazar |
| Telefon: | (012) 566-96-83 |
| Faks: | (012) 566-96-84 |
| E-mail: | info@metropark.az |

tel.: (012) 566 37 17
site: http://www.rinascimento.com/
facebook: https://www.facebook.com/myrinascimento/
![]()
Rinascimento - "Yenidən doğulma"
Rinascimento – dəbdə olan qadın geyimi İtaliya brendi-istehsalçısı. Bu ticarət markası Teddy adlı böyük holdinqə daxildir.Rinascimento brendinin tarixi Rinascimento şirkəti ilk fəaliyyətinə altmışıncı illərdən başlayıb. Firmanın əsasını Vittorio Tadei adlı bir insan qoyub. Teddy bazara 1964-cü ildə çıxıb. Şirkətin yaradıcısının əsas fikri müxtəlif üslub və istiqamətlərdə dəbdə olan geyimin istehsalıdır. Vittorio Tadei ən geniş istehlak auditoriyanı cəlb etmək istəyirdi: uşaqları, gəncləri, qadınları və kişiləri. Bunun üçün bir neçə istehsalat xətləri buraxılmışdır ki, onlardan biri də Rinascimento oldu. «Fastfashion» Rinascimento markası – Teddy S.p.A -nın nadir layihəsidir, o, geyimin istehsalatında tam yeni istiqamətində dəb qoydu. Onun mahiyyəti «fast fashion», yəni “cəld dəb” kimi anlayışdan ibarətdir. Bu marketinq konsepsiyasının məqsədi – dəbin bütün dəyişikliklərinə istehsalçının maksimal həssas münasibətindən ibarətdir. Adətən, trend çıxdıqdan sonra, onlar podiumlardan mağazalara satışa keçənə kimi bir müddət keçir. Rinascimento bu prosesi tezləşdirmək üçün istehsalatın modernləşdirilməsi vasitəsilə cəhdlər etdi. Şirkət geyimin yaradırlması dövrəsini və onun ticarət nöqtələrinə tədarüklərini maksimal dərəcədə artıra bildi. Beləliklə, alıcılar son dəbdə olan ideyalara uyğun məhsulları dərhal almaq imkanını əldə etdilər. Həm də, marka kütlənin tez dəyişən zövgünə asan uyğunlaşa bilir. Rinascimento İtaliya bazarını bir anda ələ keçirdi, sonra isə bütün dünyada rəğbət qazandı. Həqiqətən, İtaliya brendi assortimentin yeniləşdirilməsi sürətinə görə bütün rekordları vurur. Hər həftə ticarət nöqtələrinə bir dəfəyə 200 yeni geyim modelləri daxil olur, onların satış həcmində geri qalmır. Marketoloqlar hesablayıblar ki, il ərzində Rinascimento firmasına öz markasının mallarından orta hesabda 5 milyon satmaq mümkün olur. Bu brendin ərazi üzrə dövrələnməsi də möhtəşəmdir. Markanın nümayəndəlikləri dünyanın 93 ölkəsində yerləşir. Əksər şirkətlərin il ərzində 2-4 kolleksiya yaratdığı halda, Rinascimento əlavələri saymayaraq, tam 8 baza hazırlamağa çatdırır. Beləliklə, il ərzində məhsulun ümumi miqdarını 10000-dən çox modellər təşkil edir. Rinascimentonu dəb dairəsində “İtaliyalı möcüzə” adlandırdılar. Assortimentin tez yeniləşdirilməsinin bir üstün cəhəti də axarın tez yeniləndirilməsi ilə də bağlıdır. Həm də elə şəraitlər yaranır ki, axın mərkəzlərinə keçən mövsümün geyimləri yox, aktual olan mövsümün geyimləri göndərilir, həmçinin firma mağazaları daha çox yeni modellərlə dolur. Rinascimento markası geyim hazırlayır və yalnız İtaliyada istehsal olunur, o, yüksək keyfiyyətə malikdir. Bu brendin dizaynerləri modanın ən son yenilik və ideyalarını nəzərə alaraq yeni modellər yaradır. Rinascimento zərif, qlamur üslubda geyim yaradır. İstehsalçılar hesab edir ki, müasir qadının geyimi parlaq olmalıdır, ümumi diqqəti cəlb etməlidir, lakin, buna baxmayaraq, sadə, rahat və qəşəng qalmalıdır. Detallara son dərəcədə üstünlük verilir. Beləliklə, 60-cı illərin üslubunda romantik qadın siması yaradılır: fəal və gözəl. Assortiment, əsasən, ən müxtəlif rəngli parçalardan və geyimlərdən ibarətdir. Onlardan əlavə, Rinascimento trikotaj, şalvar, yubka, jaket, bluz, aksessuarlar və çantalar istehsal edir. Onların istehsalı üçün bir az viskoz və elastanın əlavə edilməsi ilə təbii parçalardan istifadə olunur. Rinascimento yaradıcıları deyir: Həqiqi tez moda yalnız İtaliyada hazırlanır. Həqiqi İtaliya tez modası isə Rinascimento ilə hazırlanır. Bizim üçün “Made in Italy” – sadə söz deyil, bu bizim etdiyimizdir. Bizim geyim bizim intuisiyamıza, zövgümüzə, biliklərimizə və təcrübəmizə əsaslanaraq İtaliyada tam hazırlanır və istehsal olunur.